"15 İyun Milli Qurtuluş günü"nə həsr olunmuş şahmat turniri

“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ-nin təşkilatçılığı ilə 09-13 iyun tarixində 16 yaşadək uşaqlar arasında "15 İyun Milli Qurtuluş günü"nə həsr edilmiş şahmat turniri keçirilib.

Turnir məktəbin əsas binası Nəsimi və Binəqədi filialında təşkil olunub.

Yarış üç qrupda İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilib. Turnirdə əsas bina Nəsimi əsas bina 120, Binəqədi filialında 110 şahmatçı iştirak edib.

Turnirin yekununda 1-2-3 yeri tuan şahmatcılar medal diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Müəllif: Bəhruz MƏMMƏDOV