Fair Play seminarı keçiriləcək

Azərbaycanda təşkil olunacaq şahmat üzrə Dünya Kuboku günlərində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

Azərbaycan Şahmat Federasiyası və Beynəlxalq Şahmat Federasiyasının Fair Play Komissiyası paytaxtımızda beynəlxalq seminar təşkil edəcək. İyulun 31-də başlayacaq seminarda iştirakçılar yarışlarda nəzəri və praktiki məsələlər barədə müzakirə aparacaq.

Seminarda FİDE Fair Play Komissiyasının rəhbəri Yuri Qarret də məruzəçi qismində çıxış edəcək.

Müəllif: Natiq NƏSİROV