Dünya Qadın Seriyasının "Orlean" mərhələsində yığmamız və"Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib

23-24 iyun Fransanın Orlean şəhərində 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Bu mərhələdə qadın yığma komandamızla yanaşı, "Neftçi" klubuda mübarizə aparacaq. "Orlean" mərhələsində yığmamız C qrupunda ABŞ və "Yuanda" (Çin), "Neftçi" isə A qrupunda Kanada və İtalya milliləri ilə üz-üzə gələcək. "Neftçi" ilk oyununu Bakı vaxtı ilə saat 16:00 -da Kanada seçməsinə qarşı keçirəcək. Qadın yığmamızın isə qrupdakı ilk oyunu Bakı vaxtı saat 16:50 -də ABŞ millisinə qarşı olacaq.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

