Azərbaycanlı mütəxəssis ÇL oyununa təyinat alıb

ESTAFET/ Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssis Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərib.
O, qadınlar arasında Çempionlar Liqasının ilkin mərhələsinin "Olimpiakos" (Yunanıstan) - "Asteris Avo Beveren" (Belçika) oyununda iştirak edəcək.
İsmayılova Yunanıstanın Afina şəhərində baş tutacaq görüşdə supervayzer kimi hakimlərin fəaliyyətini qiymətləndirəcək.
Qarşılaşmanın hakimləri serbiyalı Deyan Roqiç və bolqarıstanlı Aleksandar Vinaliev olacaq.

