3x3 basketbol üzrə qadın millimiz və "Neftçi" mübarizəni qrupdaca dayandırdılar

23-24 iyun tarixlərində 3x3 basketbol üzrə Fransanın Orlean şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində, ilk oyun günü yekunlaşıb. A qrupunda qərarlaşmış "Neftçi" klubu ilk oyunda Kanada millisinə 17-21, ikinci görüşdə isə İtalya seçməsinə 14-16 hesabı ilə məğlub olaraq, mübarizədən kənarda qalıb. C qrupunda mübarizə aparan qadın millimiz isə ilk oyunda ABŞ seçməsinə 7-21, ikinci oyunda "Yuanda" (Çin) klubuna 14-21 hesabı ilə məğlub olaraq, qrupdan çıxa bilməyib.

Müəllif: Məsim MƏSİMZADƏ