Cüdoçularımız Avropa çempionatında birinci yeri tutdu

22-25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının fərdi yarışları başa çatıb.
Fərdi yarışların sonuncu günündə +90 kq. çəkidə yarışan cüdoçumuz Ramazan Əhmədov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu Azərbaycanın Avropa çempionatında qazandığı sayca 9-cu medal olub.
Cüdoçularımız çempionatda ümumilikdə 6 qızıl və 3 bürünc medal əldə ediblər. Fərdi yarışlarda Azərbaycan medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 4-cü yeri tutub.
Qeyd edək ki, 25 iyunda Avropa çempionatında qızlardan və oğlanlardan ibarət qarışıq komanda yarışı keçiriləcək.
