"26 İyun Silahlı qüvvələr günü"nə həsr edilmiş şahmat turniri

“Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat Məktəbi PHŞ-nin təşkilatcılığı ilə 21-25 iyun tarixində 16 yaşadək uşaqlar arasında "26 İyun Silahlı qüvvələr günü"nə həsr edilmiş şahmat üzrə turniri keçirilib.

Yarış üç qrupda İsveçrə sistemi üzrə 9 turdan ibarət keçirilmişdir. Turnirdə 102 nəfər iştirak edib.

Turnirin yekununda 1-2-3 yeri tutan şahmatcılar medal diplom və xatirə hədiyyələri ilə təltif olunublar.

Müəllif: Bəhruz MƏMMƏDOV