Məhərrəm Sultanzadə Avropa Atletika Assosiyasiyasinin Tədbirlər və Yarış Komissiyasının üzvü seçilib

Azərbaycan Atletika Federasiyasının baş katibi Məhərrəm Sultanzadə 2023-2027-ci illər dövrü üçün Avropa Atletika Assosiyasiyasinin Tədbirlər və Yarış Komissiyasının (Events and Competition Commission) üzvü seçilib. Qeyd edək ki, Azərbaycan nümayəndəsi ilk dəfə Avropa Atletika Assosiyasiyasının komissiyasının tərkibində yer alacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV