"Neftçi" qrupdakı ilk oyununda qələbə qazanıb

ESTAFET/ 2-3 iyul tarixlərində 3x3 basketbol üzrə İsrailin Netanya şəhərində keçirilən Dünya Qadın Seriyasının növbəti mərhələsində, ilk oyun gününün görüşləri davam edir.
Təmsilçimiz "Neftçi" klubu qrupun ilk oyununda Niderland millisi ilə üz-üzə gəlib və rəqibini 17-14 hesabı ilə məğlub edib.
"Neftçi" qrupda növbəti oyununu Bakı vaxtı ilə saat 20:15 -də Macarıstanın "Qyor" klubuna qarşı keçirəcək.
