Azərbaycanlı xizəkçilər Dünya Kubokunun final mərhələsində iştirak etdilər

26-30 mart tarixlərində Fransanın Puy- Saint Vinsent qəsəbəsində keçirilən yeniyetmələr arasında Xizək Alpinizmi üzrə Dünya Kubokunun final mərhələsində idmançılarımız Nəbiyulla Qələbəqiyev və Ramin Beybutov iştirak ediblər.

Nəbiyulla Qələbəqiyev yarışın vertikal növündə 16 ölkədən olan 38 peşəkar idmançı arasında
7-ci, individual növdə isə 13 cü yerdə qərarlaşaraq xizək alpinizmi üzrə dünya reytinqində 53 idmançı arasında 12-ci yerə yüksəlib.

Digər idmançımız Ramin Beybutov isə vertikal növdə 31-ci, individual növdə isə 30-cu yerə sahib olub.

Müəllif: Bəhruz MƏMMƏDOV