Azərbaycanın basketbol klubu 17 illik fasilədən sonra yenidən avrokuboklarda!

ESTAFET/ Azərbaycan Basketbol Liqasında 2022/2023 mövsümünün çempionu "Sabah" BK ölkəmizi  2023/2024 mövsümündə FIBA Avropa Kubokunda (FIBA EUROPA CUP) təmsil edəcək.

FIBA Avropa Kubokunda püşkatma mərasimi avqustun 8-i Almaniyanın Münhen şəhərində keçiriləcək.

Məlumat üçün bildirək ki, ölkəmiz sonuncu dəfə avrokuboklarda 2005/2006 mövsümündə "Qala" komandası ilə təmsil olunub.

Müəllif: Məsim MƏSİMZADƏ