Sloven Qradeç Avropa Kubokunun ikinci günündə 5 cüdoçumuz tatamiyə çıxacaq

ESTAFET/ 2 iyulda Sloveniyanın Sloven Qradeç şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunda 3 çəki dərəcəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.

Yarışın ikinci günündə qızlar arasında -48 kq. çəkidə Leyla Dəmirova, -52 kq. çəkidə Zeynəb Məmmədova və Fidan Əliyeva, -57 kq. çəkidə Lətifə Abbasova və Nuray Quliyeva güclərini sınayacaq.

Müəllif: Natiq NƏSİROV