Cüdoçular Sloven Qradeçdə təlim-məşq toplanışında iştirak edirlər

Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət milli yığma komandasının üzvləri 3-5 iyulda Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə Sloveniyanın Sloven Qradeç şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Hazırlıq prosesində Azərbaycanın gənclərdən ibərət milli yığmasının 7 qız idmançısı iştirak edir. Cüdoçulara gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edir.

Təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və Dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Müəllif: Natiq NƏSİROV