Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə seçmə mərhələsinin növbəti matçları keçirilib

İlkin seçmə mərhələnin üçüncü günündə üç qarşılaşma baş tutub

Günün ilk qarşılaşması B qrupundan İsveç və Malta arasında keçirilib. (İsveç 5:2 Malta)

Hesabı İsveç açdı, Qarsiya topu Maltanın qapıçısı Muskatın ayağının altından keçirərək İsveç millisini önə keçirdi. Lakin bu liderlik çox da uzun sürmədi, bir dəqiqədən sonra Malta hesabı bərabərləşdirdi. Kapitan Karuana nisbətən uzaq məsafədən zərbəni sağ alt küncə mükəmməl şəkildə endirdi. Bərabərliyə baxmayaraq, kapitan Qustafssonun köməyi ilə ilk hissədə İsveçin üstünlüyü bərpa edildi.

İkinci hissənin ilk dəqiqəsi bitməmiş maltalılar hesabı bir daha bərabərləşməyə nail oldu. Hesab bu hissənin sonuna qədər dəyişməz qaldı, qarşılaşmanın taleyi gərgin keçəcək son hissənin 12 dəqiqəsində həll olundu.

Matçın son hissəsində Qarsiya və Palmen İsveçi qalib edəcək inanılmaz bir oyun nümayiş etdirdilər. Palmen, Qarsiyanın başla ötürməsindən sonra İsveçin üçüncü qoluna imza atdı. Daha sonra bu ikili Palmenin ikinci və İsveç millisinin dördüncü qolunu komanda oyunu sayəsində vurmağa nail oldular. Sonda isə Qarsiya penalti sayəsində komandasının yekun qələbəsini təmin etdi.

Günün ikinci matçı isə B qrupunun növbəti komandaları olan Litva və Çexiya arasında oldu. (Litva 3:2 Çexiya)

Qarşılaşmanın əvvəlində Litva liderliyi ələ aldı və ilk qola imza atan Makutunoviçyus oldu. Daha sonra Novickas həmyerlilərinin üstünlüyünü ikiqat artırdı. O, Novikov'un topunu ən yaxın dirəyə sıxışdıraraq ilk intervala qədər rəqib ilə fərqi iki qola çatdırdı.

Matçın sonuncu 12 dəqiqəsində çexlər bütün komanda ilə mübarizəyə qatıldı və yekun nəticəyə təsir edəcək oyun nümayiş etdirmək üçün böyük səy göstərdilər.

Litvalı Makutunoviçyus üçüncü hissədə het-trikə çox yaxın olsa da onun məsafədən cəhdi sol dirəyin yanından keçdi. Çexiyanın oyunçusu Trampota son hissənin bitməsinə az qalmış bir cərimə zərbəsi və sərbəst zərbə ilə komandasının hesabına iki qol yazdırdı. Bununla belə, bu iki qol onların qalibiyyətini təmin edə bilmədi və nəticədə Litva Bakıda keçirilən Avropa zonası üzrə seçmə mərhələdə üçüncü qələbəsini qazandı.

İlkin seçmə mərhələnin sonuncu qarşılaşması Norveç və Yunanıstan (A qrupu) arasında baş tutdu. (Yunanıstan 5:1 Norveç)

Yunanıstan millisi Azərbaycan paytaxtında oynanılan 12 dəqiqədən sonra 3-0 öndə olduqları ilk hissəni əla keçirdi. İlk dörd dəqiqədən sonra Skurtas möhtəşəm akrobatik zərbə ilə yunanların birinci qolunu atdı. Birinci hissənin son dəqiqələrində Mikelatos dubl etdi, komandasının ikinci vuruşunu yaxın məsafədən qola çevirə bildi və daha sonra topu sol üst küncdən keçirərək yunan millisinin ikinci hissəyə qədər 3:0-lıq üstünlüyünü təmin etdi.

İkinci hissədə yeganə qolu norveçlilər vura bildi. Badivuku cərimə zərbəsini qapının ortasına nişanlayaraq fərqi ikiyə endirdi. Yunanlar hissənin sonuna az qalmış qol vurmağa çalışsalar da, onların səyləri boşa çıxdı.

Üçüncü və son hissənin əvvəlində hesab Yunanıstanın xeyrinə 4-1 oldu, Skurtas matçın ikinci qolunu norveçlilərin qapısından keçirdi. Çox keçmədən Katsoulis ayağının kənarı ilə sol alt küncü hədəfləyərək beşinci qolu komandasının hesabına yazdırdı. Günün son qarşılaşmasının yekun qolu isə Koukovinisdən gəldi, belə ki, o, topu möhtəşəm zərbə ilə uzaq dirəyə vurdu. 

Yunanların bu möhtəşəm qələbəsi onlara qol fərqinə görə ən yaxşı ikinci komanda kimi əsas seçmə mərhələyə yüksəlməsinə imkan verdi.

Müəllif: Bəhruz MƏMMƏDOV