Play-off oyunlarında ilk nəticələr - Çimərlik futbolu

ESTAFET/ Çimərlik futbolu üzrə dünya çempionatının Avropa üzrə əsas seçmə mərhələsinin pley-off oyunları keçirilib. 

Oyunların nəticələrinə əsasən komandaların turnirdə 9-16-cı yerlər uğrunda mübarizə mövqeləri müəyyənləşib.

İsveçrə - Yunanıstan  6:5

Turnirin 13-16-cı yerləri müəyyənləşdirmək üçün keçirilən ilk pley-off qarşılaşmasında İsveçrə Yunanıstanla üz-üzə gəlib.

İsveçrə əlavə vaxtda rəqibləri üzərində 6-5 hesabı ilə qalib gəlib. Stayneman və Spakkanın dubl etmələri, həmçinin Kaldas və Eliotun qolları qarşılaşmada iki ölkə arasında böyük qol fərqinə səbəb olub.

Qələbədən sonra isveçrəlilər 13-14-cü yerlər üçün pley-off matçında, Yunanıstan isə 15-16-cı yerlər üçün pley-off matçında mübarizə aparacaq.

Türkiyə - Almaniya  5:4 

Türkiyə Almaniyanı penaltilərdə 5-4 hesabı ilə məğlub edib və 9-cu yer uğrunda mübarizə aparacaq.

Almaniya və Türkiyə pley-off mərhələsində 9-12-ci yerlər üçün mübarizəyə başlayıblar. Əlavə vaxtdan sonra 4-4 hesablı heç-heçədən sonra penaltilər seriyasında 5:4 hesabı ilə qalib gələn Türkiyə qarşılaşmadan lider kimi ayrılıb.

Emrah Türkiyənin iki qoluna imza atıb, matçın ən çox qol vuran digər futbolçusu isə Yasin olub. Qapıçı Serkan həlledici penaltini dəf edərək komandasına 9-10-cu yerlərin pley-off mərhələsi üçün vəsiqə qazandırıb. Rəqibləri Almaniya isə Bakıda 11-12-ci yerlər uğrunda pley-off qarşılaşmasında mübarizə aparacaq.

Estoniya - Polşa  5:4

Estoniya və Polşa günün 9-12-ci yerlər üçün ikinci pley-off matçında qarşılaşıblar.

Stüf, Lepik, Rump, Anissimov və Marmorun dəqiq zərbələri sayəsində Estoniya 5-4 hesabı ilə qalib gəlib. Beləliklə, onlar Türkiyə ilə 9-10-cu yerlər üçün pley-off matçında görüşəcək, rəqibləri Polşa isə Almaniya ilə qarşılaşacaq. (11-12-ci yerlər üçün)

Azərbaycan - Litva  3:2

Pley-off mərhələsinin ilk gününün yekun oyunu 13-16-cı yerlər uğrunda meydan sahibləri Azərbaycan millisi və Litva millisi arasında baş tutub.

Ev sahibi Azərbaycan Litvaya 3:2 hesabı ilə qalib gəlib.

Orxan Məmmədov, Ramil Əliyev və Elşad Manafov rəqibin qapısına yol taparaq Azərbaycana 3:2 hesablı qələbə qazanıb. Bu nəticəyə əsasən Azərbaycan 13-14-cü yerlər uğrunda pley-off matçında İsveçrə ilə, Litva isə 15-16-cı yerlər üçün Yunanıstanla qarşılaşacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV