Litva Yunanıstan üzərində penaltilər seriyasında qələbə qazanıb - Çimərlik futbolu

Litva Yunanıstan üzərində penaltilər seriyasında 6:5 hesabı ilə qələbə qazanıb.

Litva komandası 15-16-cı yerlər üçün oynanılan pley-off matçında Yunanıstan yığması ilə qarşılaşıb.

Əlavə vaxtdan sonra 4:4 hesabı ilə bitən matçın qalibini müəyyən etmək üçün keçirilmiş penaltilər seriyasında litvalılar 6:5 hesabı ilə qalib gəlib.

Bununla da Litva turniri 15-ci, Yunanıstan isə 16-cı yerdə başa çatdırıb.

Müəllif: Bəhruz MƏMMƏDOV