ACF hakimlər heyəti üçün "Hakimlik fəaliyyətində özünəinam hissinin əhəmiyyəti" mövzusunda seminar təşkil olunub

6 iyulda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər heyəti üçün “Hakimlik fəaliyyətində özünəinam hissinin əhəmiyyəti” mövzusunda seminar təşkil olunub.

Təlimdə peşəkar psixoloq Aytac Sahilin iştirakı ilə hakimlik fəaliyyəti zamanı yaranan münaqişəli vəziyyətlər və hakimlərin özünəinam hissini münaqişəli vəziyyətləri idarəetmədə rolu haqqında ətraflı müzakirələr aparılıb.

Psixoloq tərəfindən hakimlərə münaqişəli halların daha effektiv həll olunması üçün xüsusi psixoloji biliklər və effektiv vasitələr haqqında məlumat verilib.

Həmçinin, hakimlər mövzu ilə bağlı öz təcrübələrini bölüşüb və daha öncə yaşadıqları münaqişələri vəziyyətlərdə hansı üsullardan istifadə etdiklərini bildirərək mütəxəssis tərəfindən tövsiyələr alıblar.

Təlimin məqsədi hakimlərin yerli və beynəlxalq yarışlarda yaranan münaqişəli vəziyyətləri effektiv həll etməsi və hakimlik fəaliyyətinin daha da səmərəli təşkil edilməsidir.

Qeyd edək ki, ACF-in təhsil strategiyasına əsasən hakimlər üçün davamlı olaraq seminarların keçirilməsini planlaşdırılır.

Müəllif: Natiq NƏSİROV