"Neftçi" Priştina mərhələsinin yarımfinalında

ESTAFET/ 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Priştina mərhələsində ikinci oyun gününün görüşləri davam edir.

Təmsilçimiz "Neftçi" əlavə vaxtın qeydə alındığı 1/4 final oyununda Macarıstanın "Qyor" klubuna 18-16 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb. Yarımfinalda "Neftçi" nin rəqibi Fransa millisi olacaq.

Oyun Bakı vaxtı ilə saat 22:45 -də baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ