Paris 2024 XVII Yay Paralimpiya Oyunlarına dördüncü lisenziya qazanıldı

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin atletika idman növü üzrə milli komandasının üzvü Orxan Aslanov Fransanın paytaxtı Paris şəhərində keçirilən  dünya çempionatında uzunluğa tullanma növündə (T13 kateqoriyasında) 6.95 metr nəticə göstərərək 4-cü yerə sahib çıxıb. Qeyd edək ki, dünya çempionatında ilk 4 yerə sahib çıxan atletlər XVII Yay Paralimpiya Oyunlarına birbaşa lisenziya qazanırlar.

Müəllif: Bəhruz MƏMMƏDOV