Azərbaycan millisi Bosniya və Herseqovinaya yollandı
ESTAFET/ Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığın növbəti mərhələsini ölkə xaricində davam etdirəcək. Bu məqsədlə komandamız bu gün geniş heyətlə Bosniya və Herseqovinaya yola düşüb.
Ataman Güneyligilin rəhbərlik etdiyi yığmamız Zenitsa şəhərində bir həftəlik təlim-məşq toplanışı keçəcək.
Buradakı hazırlıqlar çərçivəsində Bosniya və Herseqovina yığması ilə bir neçə yoldaşlıq görüşü də nəzərdə tutulub.
İyulun 24-də isə millimiz Bakıya qayıdacaq və hazırlığı paytaxtda davam etdirəcək.