Azərbaycan Atıcılıq Federasiyasının gəncləri eyni növdə ölkəmizə iki medal qazanıb
Koreyanın Çanqon şəhərində Beynəlxalq Atıcılıq İdman Federasiyasının Gənclər arasında Dünya Çempionatında (14-25 iyul) bu gün gənc atıcılarımız uğur qazanıblar.
İyulun 24-də qızlar arasında 50 m məsafəyə tapançadan atəş üzrə yarışda Xanna Əliyeva 520 xalla birinci, 510 xalla Leyli Əliyeva üçünçü yeri tutaraq, eyni növdə həm qızıl, həm bürünc medalı ölkəmizə qazandırıblar.