U-16 millimiz Avropa çempionatı "C" divizionunun gümüş mükafatçısıdır

Kosovonun paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı "C" divizionunun final oyunu baş tutub.
Final qarşılaşmasında U-16 millimizin rəqibi Cənubi Kipr yığması olub.
Millimiz gərgin və maraqlı keçən final oyunun yekununda rəqibinə 75-78 hesabı ilə məğlub olaraq, Avropa çempionatı "C" divizionunu ikinci sırada tamamlayıb.
