"Red Bull" komandası yeni rekorda imza atıb

“Red Bull” komandasının ikiqat dünya çempionu Maks Ferstappen Macarıstan Qran-Prisində qalib olmaqla, yeni rekorda imza atıb.

Niderlandlı pilotun bu uğuru Avstriya təmsilçisinin ardıcıl 12-ci qələbəsi olub. Bu da komandanın tarixində ən yaxşı nəticədir.

Qeyd edək ki, “Red Bull” komandası ötən dünya çempionatının sonuncu mərhələsi – Əbu-Dabi Qran-Prisindən sonra heç vaxt məğlub olmayıb. Cari mövsüm komanda 11 mərhələnin hamısında qalib gəlib. Belə ki, meksikalı Serxio Peres iki, Ferstappen isə doqquz dəfə yarışın ən yaxşısı olub.

Müəllif: Natiq NƏSİROV