Masters turnirinin ilk günündə 5 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq

Avqustun 4-də Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən cüdo üzrə “Masters” turniri start götürür.

Yarışın ilk günündə 3 çəki dərəcəsində 5 cüdoçumuz tatamiyə çıxacaq. Kişilər arasında -60 kq. çəkidə Turan Bayramov və Balabəy Ağayev, -66 kq. çəkidə Yaşar Nəcəfov və Kamran Süleymanov medallar uğrunda mübarizə aparacaq. Qadınlar arasında isə -52 kq. çəkidə Gültac Məmmədəliyeva tatamiyə çıxacaq.

Turnir Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV