Cüdoçularımız MDB Oyunlarında iştirak edəcək

Avqustun 5-dən 7-nə qədər Belarusda MDB ölkələrinin Oyunlarının cüdo yarışları keçiriləcək. Azərbaycan turnirdə 16 çəki dərəsində 15 oğlan və 12 qız cüdoçu ilə təmsil olunacaq.

Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.

Qeyd edək ki, yarışda Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Fariz Hüseynov ədalət təmsilçiləri arasında yer alacaq.

Cüdo üzrə fərdi yarışlar 5-6 avqustda, komanda yarışları isə 7 avqustda Belarusun Qomel şəhərində yerləşən Qomel Buz İdman Sarayında keçiriləcək.

Yarışda iştirak edəcək heyəti təqdim edirik:

Qızlar

-40 kq.
Abdullayeva Xədicə
Hüseynova Gülşən

-44 kq.
Yolçuzadə Aytac
Şıxməmmədova Nərgiz

-48 kq.
Hacızadə Nuranə
Mirzəyeva Fəridə

-52 kq.
Verdiyeva Aytən
Məmmədova Aysuna

-57 kq.
Rüstəmova Aliyə
Rzayeva Nilgün

-63 kq.
Bayramlı Mələk

-70 kq.
Əsədova Zeynəbxanım

Oğlanlar

-50 kq.
Məmişov Nihad
Feyzullayev Bahadır

-55 kq.
Mirzəzadə Ayxan
Həsənli Həsən

-60 kq.
Şərifov Xanəhməd
Qurbanov Ümüd

-66 kq.
İbadlı Cəsur
Cəfərov Mehdi

-73 kq.
Abbasov Mehdi
Əzizbəyov Mamed

-81 kq.
Qazıməmmədov Ali
Hüseynov Hüseyn

-90 kq.
Namazlı Davud
Axundov Sübhan

+90 kq.
Səmədli Rəsul

Müəllif: Natiq NƏSİROV