U-15 yeniyetmələr arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi start götürür

6 avqustda İsmayıllı Olimpiya İdman Kompleksində 15 yaşa qədər kiçik yaşlı yeniyetmə cüdoçular arasında Şimal-Qərb bölgəsi üzrə region birinciliyi keçirilir.

Yarışda Şimal-Qərb regionunu təmsil edən 12 komandadan 147 cüdoçu 20 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Yarışın nəticələrini, həmçinin ilkin və final görüşlərini bu linkdən canlı izləyə bilərsiniz - https://portal.judomanager.com/competition/jr_u_15_kicik_yasli_yeniyetmeler_simal_qerb_bolgesi2023

Müəllif: Natiq NƏSİROV