3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində qadın millimiz və "Neftçi" nin qrupları müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Katovitse mərhələsində qadın millimiz və "Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib

14-15 avqust tarixlərində Polşanın Katovitse şəhərində 16 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının növbəti mərhələsi baş tutacaq. Katovitse mərhələsində iştirak edəcək qadın millimiz qruplara qalmaq üçün İsrail və Rumıniya yığmaları ilə təsnifat oyunları keçirəcək. Təmsilçimiz “Neftçi” isə B qrupunda Litva və İtaliya milliləri ilə mübarizə aparacaq. Qadın millimiz ilk təsnifat oyununu avqustun 14-də Bakı vaxtı ilə saat 14:00-da İsrail millisinə qarşı, “Neftçi” klubu isə qrupda ilk oyununu həmin gün Bakı vaxtı ilə saat 17:05-də İtaliya seçməsinə qarşı keçirəcək. Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.

Müəllif: Məsim MƏSİMZADƏ