"Cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam" - Rüstəm Orucov
“Cüdo insana doğru yolu göstərir, ona görə də cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam.”, - Rüstəm Orucov Avropa Cüdo Birliyinin rəsmi saytına cüdo karyerasını bitirdiyi ilə bağlı müsahibəsində bildirib.
“Əsl cənablar həm tatamidə, həm də ondan kənarda əzmkarlıq və hörmət nümayiş edirlər. Rüstəm Orucovun nailiyyətlərinə Olimpiya mükafatı, ikiqat Dünya mükafatı və Avropa çempionu titulu daxildir. Rio 2016 Olimpiadasının gümüş mükafatçısı Rüstəm Orucov sosial şəbəkələr vasitəsi ilə karyerasını bitirdiyini açıqlayıb.
“Unudulmaz illər idi və mən çox şadam ki, CÜDO-nu seçdim və Azərbaycanın bayrağını böyük arenalarda dalğalandırmaq şərəfinə nail oldum! Ancaq hər səfərin bir sonu var. 8 avqust - Olimpiya medalını qazandığım gündür və məhz bu gün böyük idmanla vidalaşıram. Bu illər ərzində mənə dəstək olan hər kəsə ürəkdən təşəkkür edirəm! Sizlərə sahib olduğum üçün çox şanslıyam! İndi həyatımda yeni səhifə açmağın vaxtıdır.”
Orucov karyerası ərzində ümumilikdə 16 Böyük Dəbilqə və 12 Qran Pri medalı qazanıb. O, Azərbaycanın simvolu olaraq gələcək nəsillərə diqqətlə yanaşır və cüdonun ona göstərdiyi hər şeyə görə minnətdardır.
“Cüdo mənə çox şey öyrətdi, o cümlədən yaxşı davranmaq, başqalarına hörmət etmək. Cüdo insana doğru yolu göstərir, ona görə də cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman deyiləm. İndi gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və son ana qədər mübarizə aparmalıdır.”
“Mən podiuma qalxdığım anı həmişə xatırlayacağam.”
Rüstəm Orucova təşəkkür edirik və gələcəkdə uğurlar arzu edirik.”