U-18 yeniyetmələr arasında Cənub bölgəsi üzrə region birinciliyi start götürür

16 avqustda Masallı Olimpiya İdman Kompleksində 18 yaşa qədər yeniyetmə cüdoçular arasında Cənub bölgəsi üzrə region birinciliyi keçirilir.

Yarışda Cənub regionunu təmsil edən 5 komandadan 71 cüdoçu 18 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaq.

Yarışları izləmək üçün arenaya giriş sərbəstdir.

Yarışın nəticələrini, həmçinin ilkin və final görüşlərini bu linkdən canlı izləyə bilərsiniz - https://portal.judomanager.com/competition/jr_u_18_yeniyetmeler_cenub_bolgesi2023

Müəllif: Natiq NƏSİROV