"QARABAĞ"DAN DAHA BİR İLK

ESTAFET/ Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçları çərçivəsində keçiriləcək "Qarabağ" – "Şerif" qarşılaşmasının biletləri sabahdan etibarən satışa çıxarılacaq.

 

Qarşılaşmaya böyük marağı nəzərə alan "Qarabağ" azarkeşlərin qısa zaman kəsiyində asanlıqla biletlərini əldə etməsini düşünərək daha bir ilkə imza atıb.


Belə ki, rəqibimiz dünən məlum olduğuna görə və sözügedən matçın cəmi 5 gün sonra keçiriləcəyini nəzərə alan klubumuz önləyici tədbirlər görüb. "Şerif"lə matçın biletlərinin üzərində rəqib komandanın adı və loqosu yer almayıb. Bunun da əsas səbəbi bilet satışının daha erkən başlanması və azarkeşlərimizin çətinliklərlə üzləşmədən biletləri əldə etməsinə şərait yaratmaq olub.


Bu təcrübədən Avropanın bir çox klublarında da istifadə olunur və "Qarabağ" bu sistemdən istifadə etməklə Azərbaycanda bir ilki reallaşdıracaq.