"Neftçi" Melilya mərhələsinin 1/4 finalında

18 avqust İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsində komandalarımızın qrup oyunları yelunlaşıb. Qadın millimiz Melilya mərhələsinin sonuncu qrup oyununda "Yuanda" (Çin) klubuna 9-21 hesabı ilə məğlub olaraq qrupda qalıb. "Neftçi" isə, qrupdakı sonuncu görüşündə "Düsseldorf Zoos" (Almaniya) klubuna 13-14 hesabı ilə məğlub olsa da, 1/4 finala vəsiqə qazana bilib. "Neftçi" nin 1/4 finaldakı rəqibi ABŞ seçməsi olacaq. Oyun 19 avqust Bakı vaxtı ilə saat 20:25 -də başlayacaq.

Müəllif: Məsim MƏSİMZADƏ