ABŞ, Çin və İspaniya kimi basketbol hegemonları çempion "Neftçi" yə baş əydilər

19 avqust İspaniyada təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Melilya mərhələsi yekunlaşıb.

Melilya mərhələsinin final oyununda təmsilçimiz "Neftçi", ev sahibi İspaniya millisi ilə qarşılaşıb. Gərgin və maraqlı oyunun yekununda "Neftçi" rəqibinə 13-12 hesabı ilə qalib gələrək, Melilya mərhələsinin çempionu olub. "Neftçi" nin üzvü Bryana Freyzer isə Melilya mərhələsinin ən dəyərli oyuncusu (MVP) mükafatını qazanıb.

Qeyd edək ki, Dünya Qadın Seriyasında 3x3 qadın millimiz və "Neftçi" nin növbəti oyunları 22 avqust tarixində doğma Bakımızda baş tutacaq.

Müəllif: Məsim MƏSİMZADƏ