Balakən tarixində ilk ağır atletika yarışı keçirilib
ESTAFET/ Avqustun 21-də Balakənin BAF Ağır Atletika Klubunun zalında Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağır atletika üzrə yoldaşlıq turniri keçirilib. Yarışda Şəki və Balakən rayonlarından olan 2008-2012-ci il təvəllüdlü idmançılar iştirak ediblər. Fərqlənən idmançılara diplom və medallar təqdim edilib.
Azərbaycan Ağır Atletika Federasiyasının son 1 ildə həyata keçirdiyi regionlarda inkişafa təkan layihəsi öz effektini qısa müddətdə verməkdədir. Bu turnir Balakəndə keçirilən ilk ağır atletika yarışı olaraq tarixə düşüb. Buradakı BAF klubu Azərbaycan ərazisində yaradılan 20-dən çox yeni klubdan biridir. İndiyə qədər ağır atletikanın olmadığı şəhər və rayonlarda da bu idman növünün inkişafını təmin etməklə kütləviliyə nail olmaq, sağlam həyat tərzinin təbliği və gələcək çempionların yetişdirilməsi istiqamətində addımların atılması əsas hədəflərimizdəndir.
Bu münasibətlə "BAF" Ağır Atletika klubunun prezidenti Abdulqədir Ansuxskiyə və Şəkidə fəaliyyət göstərən "Dəmir Yumruq" Ağır Atletika klubunun rəhbəri, millət vəkili Cavanşir Feyziyevə təşəkkürümü bildirir və uğurlar arzu edirəm!