Avropa çempionatı: Voleybol üzrə millimiz bu gün Yunanıstan ilə qarşılaşacaq

ESTAFET/ Avropa çempionatında mübarizə aparan qadın voleybolçulardan ibarət millimiz bir günlük fasilədən sonra bu gün növbəti oyununa çıxacaq. Rəqibimiz Yunanıstan yığması olacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək və "CBC Sport" televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, hazırda komandamız turnir cədvəlində 3 xalla 3-cü pillədə qərarlaşıb.

Avropa çempionatı

22 avqust

C qrupu

19:00 Azərbaycan - Yunanıstan

Müəllif: Bəhruz MƏMMƏDOV