Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli oldu

Avqustun 23-də Xorvatiyada start götürəcək yeniyetmələr arasında dünya çempionatında Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub. 

"Report" Xorvatiyaya ezam olunmuş əməkdaşının məlumatına görə, püşkatma mərasimi yarışın baş tutacağı Zarqeb Arenada gerçəkləşib. 

Ölkə turnirdə 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq. 

Oğlanlar

50 kq 

Məhəmməd Məmişov - Stefan Vincic (Bosniya və Herseqovina) 

Nihad Məmişov - Amza Chatti (Fransa)

55 kq 

Ayxan Mirzəzadə - Loiq Kudbodinov (Tacikistan) 

Mirxaliq İskəndərov - Tiaqo Talon (Fransa) 

60 kq

Məhəmməd Musayev - Amsar Camaldinov (Belçika) - Rozga Rozqa (Xorvatiya) cütünün qalibi

66 kq

Əbil Yusubov - Mişiqtoqo Tsedendamba (Monqolustan) - Razmik Qaltsyan (Ermənistan) cütünün qalibi

Cəsur İbadlı - Aqustin Ledesma (Paraqvay) 

73 kq

Süleyman Şükürov - Aminjon Abducalilzadə (Tacikistan) - Batur Mərdanov (Türkmənistan) 

90 kq

Aslan Kotsoyev - Perez Ramirez (İspaniya) 

+90 kq

Ramazan Əhmədov - Emiliano Rossi (İtaliya) - Lukas Paulauskas (Litva) 

Qızlar

40 kq 

Nigar Məmişova - Dilara Kandimova (Türkmənistan)

44 kq

Məryəm Bayramzadə - Gabriela Herta (Moldova) 

48 kq

Vüsalə Hacıyeva - Malek Othmeni H (Tunis) - Klaudia Pla Belmonte (İspaniya) cütünün qalibi 

52 kq

Xədicə Qədəşova - Mina Qaciç (Serbiya) 

63 kq

Kamilla Toholiyeva - Kasandra Kovacı (Albaniya) 

Qeyd edək ki, 23 - 26 avqustda fərdi, 27 avqustda isə komanda növündə qaliblərin adına aydınlıq gələcək. Yarışda 64 ölkədən 576 idmançı mübarizə aparır.

Müəllif: Natiq NƏSİROV