"Neftçi" nin 1/4 finaldakı rəqibi müəyyənləşib

22 avqust ölkəmizdə təşkil olunmuş 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Bakı mərhələsində qrup oyunları yekunlaşıb. C qrupunda ikinci pilləni tutmuş təmsilçimiz "Neftçi" 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə "Neftçi" nin rəqibi Polşa millisi olacaq. Oyun 23 avqust saat 17:00 -da baş tutacaq və CBC sport telekanalı vasitəsilə canlı olaraq yayımlacaq.

Müəllif: Məsim MƏSİMZADƏ