Dünya çempionatının ilk günündə 6 cüdoçumuz tatamiyə çıxacaq

23 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında 4 çəki dərəcəsində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparacaq.
Yarışın ilk günündə oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov və Nihad Məmişov, -55 kq. çəkidə Mirxaliq İskəndərov və Ayxan Mirzəzadə güclərini sınayacaq.
Qızlar arasında isə -40 kq. çəkidə Nigar Məmişova və -44 kq. çəkidə Məryəm Bayramzadə tatamiyə çıxacaq.
İlkin görüşlər saat 12:30-da başlayacaq. Yarışı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.
