Anna Skidan Paris Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir.
Bu gün milli komandamızın üzvü Anna Skidan mübarizəyə qoşulub. Cəkic atma üzrə təsnifat mərhələsində iştirak edən Anna 77.10 metr nəticə ilə yadda qalıb. Bu göstərici ilə Skidan final mərhələsinə yüksəlib. Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən atletimiz Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
