Anna Skidan "Paris-2024" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan atletika üzrə dünya çempionatı davam edir.

Bu gün milli komandamızın üzvü Anna Skidan çəkic atma üzrə final mərhələsində iştirak edib. Annanın yekun göstəricisi 74.18 metr olub. Bu nəticə ilə tarixi uğura çox yaxın olan atletimiz dünya çempionatında 4-cü yeri tutub. Xatırladaq ki, təsnifat mərhələsində 77.10 metr nəticə ilə yadda qalan Skidan Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyərək Paris Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdı.

Müəllif: Bəhruz MƏMMƏDOV