Basketbol üzrə Azərbaycan millisi və "Neftçi"nin qrupları və oyun təqvimləri müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində qadın millimiz və "Neftçi" nin qrupları və oyun təqvimləri müəyyənləşib
27-28 avqust tarixlərində Macarıstanın Debretsen şəhərində 12 komandanın iştirakı ilə 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının 20-ci mərhələsi baş tutacaq.
Debretsen mərhələsində iştirak edəcək qadın millimiz D qrupunda "Düsseldorf Zoos" (Almaniya) və "Qyor" (Macarıstan) klubları ilə qarşılaşacaq. Təmsilçimiz “Neftçi” isə B qrupunda ABŞ və Ukrayna milliləri ilə mübarizə aparacaq. Qadın millimizin qrupdakı ilk oyununu avqustun 27-də Bakı vaxtı ilə saat 15:40 -da "Düsseldorf Zoos" klubuna qarşı, “Neftçi” klubu isə qrupda ilk oyununu həmin gün Bakı vaxtı ilə saat 14:50-də Ukrayna seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
