Dünya çempionatının dördüncü günündə 2 cüdoçumuz tatamiyə çıxacaq

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində cüdo üzrə yeniyetmələr arasında dünya çempionatının fərdi yarışlarının sonuncu günü keçirilir.
Yarışın dördüncü günündə oğlanlar arasında 2 çəki dərəcəsində 2 cüdoçumuz tatamiyə çıxacaq.
26 avqustda yarışda oğlanlar arasında -90 kq. çəkidə Aslan Kotsoyev və +90 kq. çəkidə Ramazan Əhmədov medallar uğrunda mübarizə aparacaq.
İlkin görüşlər saat 12:30-da başlayacaq.
