Azərbaycanın qrup hərəkətləri komandası dünya çempionatının finalına yüksəlib

İspaniyanın Valensiya şəhərində keçirilən bədii gimnastika üzrə 40-cı dünya çempionatında qrup hərəkətləri proqramında çoxnövçülük üzrə təsnifat yarışları başa çatıb.
Avropa çempionları, dünya çempionatının bürünc mükafatçıları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzandan ibarət yığmamız finala yüksəlib.
Qrup hərəkətləri komandası üç lent və iki topla hərəkətlərin icrasında həlledici mərhələyə adlayıb.
