Debretsen mərhələsinin bütün oyunlarını qalib tamamlayan "Neftçi" finalda

ESTAFET/ 28 avqust Macarıstanda təşkil olunan 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Debretsen mərhələsində yarımfinal oyunları yekunlaşıb.

Təmsilçimiz "Neftçi" yarımfinal oyununda ev sahibi Macarıstan millisi ilə qarşılaşıb və rəqibi üzərində 22-14 hesabı ilə qələbə qazanaraq, finala yüksəlib. "Neftçi" nin finalda rəqibi Almaniyanın "Düsseldorf Zoos" klubu olacaq.

Qarşılaşma Bakı vaxtı ilə 23:25 -də başlayacaq.

Müəllif: Məsim MƏSİMZADƏ