İlahə Quliyeva Balkan çempionatının gümüş medalını qazandı

ESTAFET/ Türkiyənin Sivas şəhərində 18 yaşadək atletlər arasında Balkan Çempionatı keçirilir.

Bu gün mübarizəyə qoşulan idmançılarımızdan İlahə Quliyeva uğurlu çıxışla yadda qalıb. İlahə 400 metr məsafəyə qaçışda 56.54 saniyəlik nəticə göstərib. Bu göstərici ilə Quliyeva yarışın gümüş medalını qazanıb.

Nüvə itələmə növündə mübarizə aparan Səkinə Hacızadə isə 13.85 metr nəticə ilə yeniyetmələr arasında Azərbaycan rekordunu yeniləyib. Qeyd edək ki, Hacızadə yarışda 7-ci yeri tutub.

Müəllif: Bəhruz MƏMMƏDOV