"Vilyarreal" baş məşqçisi ilə yollarını ayırdı

ESTAFET/ İspaniyanın "Vilyarreal" klubu baş məşqçisi Kike Setyenlə yollarını ayırıb.

Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Baş məşqçi səlahiyyətlərini direktor Migel Anxel Tena yerinə yetirəcək.

Setyen ötən ilin oktyabrında bu posta təyinat alıb və komandanı Konfrans Liqasına daşıyıb. "Vilyarreal" cari mövsüm çempionatda 4 turdan sonra 3 xalla 15-ci pillədə qərarlaşıb.

Müəllif: Natiq NƏSİROV