Millimizin Serbiya ilə səfər oyununu türklər idarə edəcəklər
ESTAFET/ 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Serbiya - Azərbaycan oyununun hakimləri açıqlanıb.
Bu qarşılaşmanı türkiyəli hakimlər idarə edəcəklər.
Qarşılaşma sentyabrın 12-də, saat 22:00-da, Stara Pazova şəhərindəki Serbiya Futbol Federasiyasının İdman Mərkəzində baş tutacaq.
Baş hakim: Erkan Özdemir
Baş hakimin köməkçiləri: Serkan Olguncan, Murat Tugberk Curbay
Dördüncü hakim: Zorbay Küçük (Hakimlər briqadası Türkiyədəndir).