Avropa çempionatının üçüncü günündə 5 cüdoçumuz mübarizəyə başlayacaq

Niderlandın Haaqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatının fərdi yarışlarının üçüncü günündə 5 cüdoçumuz tatamiyə çıxacaq.

9 sentyabrda oğlanlar arasında -90 kq. çəkidə Vüqar Talıbov və İsmayıl Zamanov, +100 kq. çəkidə Kənan Nəsibov medallar uğrunda mübarizə aparacaq.

Qızlar arasında isə -78 kq. çəkidə Nərmin Əmirli və +78 kq. çəkidə Nigar Süleymanova güclərini sınayacaq.

Yarış Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Çempionatı canlı olaraq judotv.com saytında izləyə bilərsiniz.

Müəllif: Natiq NƏSİROV