Ferstappen: "Saynsı səhvə məcbur etmək lazım gəldi"

İtaliya mərhələsində ardıcıl 10-cu qələbəni bayram edən Maks Ferstappen “Formula-1” üzrə dünya çempionatında yeni rekord müəyyənləşdirdi.

“Red Bull”un niderlandlı pilotu qələbəsini belə şərh edib:

“Heç vaxt inanmazdım ki, Saynsla qələbə uğrunda belə mübarizə apararam. Ancaq bu gün qələbə yolunda əziyyət çəkməli olduq. Tempimiz yaxşı olsa da, “Ferrari” trassın düz hissələrində çox sürətli idi. Bu üzdən ilk döngədə hücum etmək üçün çox yaxınlaşmaq təhlükəli idi. Saynsı səhvə məcbur etməliydim. Xoşbəxtlikdən Karlos hansısa məqamda səhvə yol verdi və təkərləri bloklandı. Sadəcə, tələsik davranmağa çalışırdım ki, sonra məqamı düz seçim”.

Xatırladaq ki, İtaliya mərhələsində 2-ci yeri “Red Bull”un pilotu Serxio Peres, 3-cü yeri isə “Ferrari”nin piloti Karlos Sayns tutub.

Müəllif: Natiq NƏSİROV