"Formula-1" komandaları reqlamenti pozmayıb

“Formula-1” üzrə dünya çempionatında yarışan 10 komanda 2022-ci ilin maliyyə hesabatlarına görə təmiz çıxıb. Bu haqda xəbəri Beynəlxalq Avtomobil Federasiyasının (FIA) saytı yayıb.

FIA müəyyənləşdirib ki, komandalardan heç biri büdcə limitindən kənara çıxmayıb. Bundan başqa, komandaların “Formula-1” ilə bağlı olmayan fəaliyyəti də yoxlanılıb. Yoxlama çərçivəsində müfəttişlər dəfələrlə komandaların obyektlərinə baş çəkib. Maliyyə reqlamenti 2021 mövsümündən etibarən dünya çempionatına tətbiq olunur. Federasiya 2021-in yekunlarına görə “Red Bull”u büdcə limitini pozması üzündən 7 milyon dollar cərimələmişdi.

Müəllif: Natiq NƏSİROV