"27 sentyabr anım günü"nə həsr olunmuş sürətli şahmat turniri keçirildi - FOTO

“Təhsil” Respublika İdman Mərkəzinin PHŞ-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq -Gənclər  İdman- Şahmat   Məktəbi PHŞ-nin təşkilatçılığı ilə 23 sentyabr 2023-cü il tarixində “27 sentyabr anım günü”nə həsr olunmuş 14 yaşadək uşaqlar arasında  sürətli şahmat turniri keçirilib.

Turnirin açılışı zamanı torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla  yad edilib.

27 sentyabr 2020-ci il tarixi haqqında yarış iştirakçılarına ətraflı məlumat verilib.

Ermənistanın Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir.

Yarışın kecirilməsinin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəman zabit, əsgər, hərbçilərimizin yad olunması, uşaqların, yeniyetmələrin, gənclərin
 vətənpərvər ruhda böyümələri olun.

Yarışda ümumi hesbda ,eyni zamanda 10 və 14 yaşa dək 1-2-3 yeri tutan şahmatçılar diplom və medallarla təltif olunublar.

Müəllif: Bəhruz MƏMMƏDOV